18 sentyabr 2012 00:07
Azərbaycanlı futbolçular Ukraynada birinci oldular
Çimərlik futbolu üzrə tələbələrdən ibarət Azərbaycan millisi Ukraynanın Sevastopol şəhərində keçirilən Qara dəniz kuboku uğrunda beynəlxalq turnirin qalibi olub. Azerisport.az xəbər verir ki, final qarşılaşmasında millimiz Kiyev yığması ilə qarşılaşıb.
Rəqibini 6:2 hesabı ilə məğlub edən futbolçularımız kuboka sahib olublar. Millimizin heyətində Ramil Əliyev het-trik edib, Comərd Baxşəliyev, Orxan Məmmədov və Sahib Məmmədov hərəyə bir dəfə fərqləniblər.
