18 sentyabr 2012 12:14
Neftçi Belqradda iki məşqə çıxacaq
Azərbaycan çempionu “Neftçi” Serbiyada iki məşqə çıxacaq. Azerisport.az xəbər verir ki, sentyabrın 20-də Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində “Partizan”ın qonağı olacaq təmsilçimiz ilk məşqinə bu gün çıxacaq.
Sözügedən hazırlıq prosesi OFK stadionunda baş tutacaq. Sabah isə “ağ-qaralar” oyunun keçiriləcəyi “Partizan” stadionunda məşqə çıxacaq. Elə həmin məşq zamanı baş məşqçi Böyükağa Hacıyevin jurnalistlər üçün mətbuat konfransı keçirməsi də nəzərdə tutulub.
