18 sentyabr 2012 00:19

Partizanın baş məşqçisi: Neftçi aqressiv oyunçulara malikdi

Serbiyanın “Partizan” klubunun baş məşqçisi Vladimir Vermezoviç Avropa Liqasında Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

“Hajduk” üzərində qazandığımız qələbə (5:2) oyunçulara yaxşı təsir etdi. Uşaqlar yaxşı ritm toplayıblar. Çünki komanda yaxşı çalışır. İndi bizi Avroliqanın oyunu gözləyir. Müsbət nəticə qazanmaq lazımdı. Avropa Liqası gözəl və maraqlı turnirdi. Şadam ki, bu turnirdə ən azı altı oyun keçirəcəyik. Qrupdan çıxa biləcəyikmi? Gəlin buna addım-addım yaxınlaşaq”.
 
Vermezoviç rəqib barədə də danışıb: “Mən “Neftçi”nin APOEL-ə qarşı oyununu izləmişəm. Amma mən bu komandanın Belqradda fərqli futbol sərgiləyəcəyinə şübhə etmirəm. “Neftçi” çox təhlükəli komandadı. Fikrimcə, onlar “Xəzər Lənkəran”la oyunda bizdən nələrisə gizlədiblər. Belə təəssürat yaranır ki, bu komanda müxtəlif sxemlərlə oynaya bilir. Çox aqressiv oyunçulara malikdi. Onlar elə də asan təslim olmurlar”.
 
Vermezoviç həmçinin bildirib ki, komandasının heyətlə bağlı problemi yoxdu. Saşa İliçin iştirakı sual altına düşsə də, son məşqdə kapitan da sırada olub.
 
Qeyd edək ki, “Partizan”la “Neftçi” arasındakı oyun sentyabrın 20-də keçiriləcək və Bakı vaxtı ilə 00:05-də başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.