18 sentyabr 2012 00:25
Xəzər Lənkəranla Simurq ortaq məxrəcə gələ bildi
Premyer Liqanın 4-cü turundan təxirə salınmış "Xəzər Lənkəran" - "Simurq" oyununun keçirilmə yeri nəhayət ki, müəyyənləşib. Azerisport.az xəbər verir ki, sonda bu oyuna Zaqatala klubu ev sahibliyi etməli olub.
Belə ki, sentyabrın 20-də, saat 18:00-da “Simurq” Zaqatala şəhər stadionunda cənub klubunu qonaq edəcək. Qarşılaşma İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq. 16-cı tur çərçivəsində keçiriləcək "Simurq" - "Xəzər Lənkaran" matçı isə Lənkəranda baş tutacaq.
Xatırladaq ki, "Xəzər Lənkəran"ın stadionunda U-17 qızlar arasında dünya çempionatına hazırlıq çərçivəsində yenidənqurma və abadlıq işlərinin aparılması ilə əlaqədar olaraq bu qarşılaşma təxirə salınmışdı.
