18 sentyabr 2012 00:41
Rəşad Sadıqov: Qurban Qurbanovun gedəcəyi barədə deyilənlər şayiədi
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov komandanın baş məşqçisi Qurban Qurbanovun istefasının gündəmə gəlməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən düşünmürəm ki, Qurbanov hansısa başqa kluba gedər. Bunlar hamısı şayiədi. O, komanda ilə birgə bu vəziyyətdən çıxış yolu tapacaq. Əminəm ki, son məğlubiyyəti (AZAL-la oyunda qeydə alınan 2:6 hesablı yenilgini nəzərdə tutur – azerisport.az) mümkün qədər tez unutdurmaq üçün əlimizdən gələni edəcəyik”.