19 sentyabr 2012 13:15
Saşa Stamenkoviç: Odun üzərinə yağ tökmək lazım deyil
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç bəyan edib ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəkləri oyunda bu komandanın əzəli rəqibi, özünün keçmiş klubu olan “Crvena Zvezda”nın idman geyimindən istifadə etməyəcək. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Gəlin odun üzərində yağ tökməyək. Buna qətiyyən ehtiyac yoxdu”.
Stamenkoviç həmçinin “Partizan”ın onlara qarşı xoş olmayan davranışından da danışıb: “Biz Belqrada gələn gün “Partizan” stadionunda məşq etmək istəsək də, buna razılıq vermədilər. Amma “Crvena Zvezda” buna məmnuniyyətlə razılaşdı. Keçmiş komandam bununla bir daha sübut etdi ki, Serbiyanın ən böyük klubudu”.
