19 sentyabr 2012 13:24
AFFA 18 futbolçumuzu İspaniyaya göndərdi
İspaniyanın Valensiya şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. Azerisport.az xəbər verir ki, toplanış sentyabrın 27-dək davam edəcək.
Baş məşqçi Təbriz Həsənov milliyə 18 futbolçu çağırıb. Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Həsənli Əli - "Qəbələ"
Muradbəyli Fəhmin - "Neftçi"
Qaraxanov Pərviz - "Neftçi"
Nəsirov Budaq - "Turan"
İbazadə Ülvi - "İnter"
Nəhavəndi Mansur - "İnter"
Mədətov Mahir - "Bakı"
Hakimov Yusup - "Bakı"
Məmmədov Təyyar - "Bakı"
Cəfərov Elnur - "Xəzər Lənkəran"
Səfərzadə İlyas - "Xəzər Lənkəran"
Nəsibov Elvin - "Qarabağ"
Qasımov Ağaseyid - "Qarabağ"
Qurbanov Qaziməhəmməd - "Anji" (Rusiya)
Əliyev Roman - "Akademiya Krasnodara" (Rusiya)
Sadıxov Rəhim - "Spartak" (Moskva, Rusiya)
Zararsız Müslüm - SV "Wehen Wiesbaden" (Almaniya)
Məmmədov Roman - "İnter"
