19 sentyabr 2012 01:38
Qurbanov: Tapşırıqlarımı yerinə yetirməyən futbolçuya komandada yer yoxdu
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 5-ci turunun “Qəbələ” ilə oyununa təsadüf edən ilk qələbələrindən, eləcə də komandasından danışıb. O, oyunla bağlı öncə bunları söyləyib:
“Çətin oyun oldu. Buna baxmayaraq, biz istəyimizə nail olduq. Sevindirici məqam ondan ibarətdi ki, komanda bütün 90 dəqiqəni sona qədər döyüşdü. Uşaqlar qələbə üçün bütün güclərini meydanda qoydular. Daha çox qol epizodumuz oldu. Amma həmin şanslardan yararlana bilmədik. Bu oyun həm də mənim “Kəpəz”in baş məşqçisi kimi Gəncədə, doğma azarkeşlər qarşısındakı ilk qarşılaşmam idi. Şadam ki, belə bir oyunda qələbə qazana bildik”.

Amma o, bu qələbənin heç nə demək olmadığını iddia edir: “Bir qələbə ilə komandanın özünə gəldiyini demək olmaz. Biz daha çox çalışmalıyıq”.
Gənc mütəxəssis “Qəbələ”ni yaxşı öyrənmələrinin də qələbədə az rol oynamadığını deyir: “Onların oyunlarını analiz etmişdik. “Qəbələ”nin futbolçularının ustalıq səviyyəsi çox yüksəkdi. Çox güclü hücum xətti var. Komandamın müdafiə xəttindən razıyam ki, onların qarşısını ala bildilər”.
Qurbanov bildirib ki, futbolçuları öz oyun sisteminə alışdırmağa çalışır: “Mən indi xüsusi olaraq müdafiə xəttindəki çatışmazlıqları aradan qaldırmağa çalışıram. Əgər əvvəllər üç futbolçu müdafiədə qalırdısa, indi dördü qalır. Tapşırıqlarımı həyata keçirməyən futbolçu yoxdu. Əks halda eləsi mənim komandamda qala bilməzdi. Bəzi problemli mövqelərimiz var. Amma məlum səbəblərdən bu məsələni indi həll etmək mümkün deyil. Məcburuq ki, qış fasiləsini gözləyək”.
Qarşıda “Kəpəz”i “Simurq”la səfər oyunu gözləyir. Qurbanov bu matçla da bağlı fikirlərini açıqlayıb: “Yetirmələrimin “Qəbələ” ilə oyunda olduğu kimi, yenə sona qədər mübarizə aparmasını gözləyirəm. Bu oyunda qələbə bizim üçün çox vacibdi. Çünki qara zolaqdan çıxmaq istəyirik”.