19 sentyabr 2012 13:46

Yunis Hüseynov: Fariz Yusifovun hərəkətləri göstərir ki, onun Neftçiyə simpatiyası var

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov azerisport.az saytına müsahibəsində “Neftçi” ilə oyundan (1:2), qapıçı problemindən, eləcə də “Simurq”a qarşı keçirəcəkləri qarşılaşmadan danışıb.
 
- Bu yaxınlarda belə bir məlumat yayıldı ki, XL Kamran Ağayevi əsas komandaya qaytarmağa hazırlaşır...
- Bu barədə heç nə deyə bilmərəm. Məndə belə bir informasiya yoxdu.
 
- XL ona əvəzedici heyətlə məşq etmək imkanı yaratsa da, Kamran Lənkərana qayıtmaq istəmədi. Sizcə, niyə?
- Bəli, biz onu əvəzedici heyətə dəvət etdik. Mümkün idi ki, o, əvəzedici komandada bir neçə oyun da keçirə bilərdi. Amma o, gəlmədi. Yəqin ki, başqa planları var.
 
- Bəs siz yeni qapıçı axtarırsız?
- Əlbəttə. Komandaya Türkmənistandan qapıçı gəlib. Vaxtilə yığmada da çıxış edib. Kifayət qədər yaxşı formadadı. Hələ ki, təəssüratlarım yaxşıdı. Amma indidən qalıb-qalmayacağını dəqiq deyə bilmərəm. Hər şeyə həftə sonuna qədər aydınlıq gələcək. O, indi klubsuzdu. Yəni istədiyimiz vaxt azad agent kimi müqavilə bağlaya bilərik.
 
- “Neftçi” ilə oyun bir sıra məqamlarla yadda qalan oldu. Məsələn, o düzdü ki, baş hakim Fariz Yusifov oyun zamanı futbolçularınızdan rəqib oyunçulara qarşı kobud oynamamağı xahiş edib?
- Oyundan sonra bunu bütün futbolçular təsdiqləyirdilər. Aydın məsələdi ki, onlar belə bir şeyi özlərindən uydura bilməzlər. Onlar da təsdiqlədilər ki, hakim xahiş edib ki, “Neftçi”nin futbolçularına qarşı kobud oynamayın, çünki onlar Avropa Liqasında oyun gözləyir, kimsə zədə ala bilər. Mən eşitdiklərimə çox təəccübləndim. Harda görünüb ki, hakim meydandakı futbolçulardan belə şey xahiş etsin?

 
- Vaxtilə siz də futbolçu olmusuz. Bu hadisə ilə bağlı fikirləriniz maraqlıdı...
- Fariz Yusifov yaxşı hakimdi. Amma onun hərəkətləri göstərir ki, “Neftçi”yə simpatiyası var. Biz hamımız bakılılara Avropa Liqasında uğurlar arzulayırıq. Amma hakim futbolçulardan belə bir şey tələb etməməlidi.
 
- “Simurq”la oyuna necə hazırlaşmısız?
- Həmişəki kimi. Düzdü, biz ilk oyunun Zaqatalada keçirilməsini istəyirdik. Amma “Simurq” imtina etdi. Bu üzdən oyun Sumqayıtda keçiriləcək. Bu da pis variant deyil. Əminəm ki, azarkeşlərimiz bizi yalnız qoymayacaqlar. Onlar həmişə bizi dəstəkləyirlər.
 
- Rəqib barədə nə deyə bilərsiz?
- “Simurq” yaxşı komandadı. Bu mövsüm tamamilə fərqli oyun sərgiləyirlər. Onlarla oyunda arxayınlaşmamalıyıq. Bu komandanı məğlub etmək istəyirik. Amma diqqətli oynamağa məcburuq. Rəqib bizim səhvlərimizi bağışlamaya bilər.
 
- Orxan Sadıqlının oyunu barədə nə deyə bilərsiz?
- O, perspektivli futbolçudu. Yaxşı oynayır, çalışır. Amma hələ təcrübə toplayır. Səhvsiz iş olmur. Hər şeyə rəğmən, ona böyük ümidlər bəsləyirik. Gələcəkdə Orxan ən yaxşı qapıçılardan biri olacaq. Bunun üçün isə üzərində daha çox çalışmalıdı.
 
- Komandanızın geridə qalan turlardakı çıxışını necə qiymətləndirmək olar?
- Çempionat yeni başlayıb. Bütün komandaların çatışmazlıqları var. “Xəzər Lənkəran” normal oynayır. Amma mən daha çoxunu görmək istəyirəm. Daha çətin görüşlərimiz qarşıdadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.