19 sentyabr 2012 14:47
Yığmamızın baş məşqçisinin mətbuat konfransının vaxtı dəyişdirildi
17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Raytın sentyabrın 20-də, saat 16:30-da keçirilməsi nəzərdə tutulmuş mətbuat konfransının vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Mətbuat konfransı ilə bağlı məlumat bundan sonra veriləcək.
Qeyd edək ki, Sentyabrın 20-də, saat 10:30-da, "Bakı" FK-nın Təlim-Məşq Bazasında 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının mətbuat üçün açıq məşqi, həmin gün saat 16:30-da, "Hilton" otelində yığmanın baş məşqçisi Sissi Raytın mətbuat konfransı keçirilməli idi.
Xatırladaq ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması sentyabrın 22-də FIFA U-17 qadınlararası dünya çempionatı 2012-də ilk oyununa çıxacaq. Yığmamız saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Kolumbiya komandası ilə qarşılaşacaq.
