19 sentyabr 2012 14:53

Xəzər Lənkəranda daha bir ilk

Azərbaycan Premyer Liqasının V turunun “Neftçi” ilə oyunu 3 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, Braziliyalı futbolçular Andre Roberto Soares da Silva (Beto), Vanderson Skarduelli, həmçinin yunanıstanlı Dimitrios Sialmas ilk dəfə “ağ-yaşıl” formada rəsmi matça çıxdılar.
 
Bu oyunçuların hər 3-ü qarşılaşmanın ikinci yarısında “Böyük oyun”a daxil oldu. Əvvəl Beto, ardınca Sialmas meydana çıxdı ki, sonuncu klub tarixində 150-ci futbolçu kimi düşdü. Matçın sonlarında daha bir braziliyalının debüt etməsi ilə bu rəqəm 151-ə çatdı.
 
Bunlardan 59-u azərbaycanlı, 92-si legionerdir. Bu matçadək 89 legionerə güvənən “Xəzər Lənkəran”ın 90-cı əcnəbisi “Beto” oldu. O və həmyerlisi bu klubda oynamış braziliyalıların ümumi sayını 12-yə çatdırdı. Dimitrios isə “Xəzər Lənkəran”ın ilk yunanıstanlısı oldu. Bunadək 32 ölkədən olan oyunçular komandada çıxış etmişdi. Yunanıstan bu siyahıya 33-cü ölkə kimi düşdü: Rumıniya – 18, Braziliya – 12, Türkiyə - 9, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya, Xorvatiya, Yunanıstan – hərəsi 1
 
Qeyd edək ki, mövsümün arxada qalan hissəsində daha 4 futbolçu “Xəzər Lənkəran”da debüt etmişdi. Buna nail olan Ruslan Abışovun debütü Avropa Liqasına, Orxan Sadıqlı, Ağabala Ramazanov və Kamran Abdullazadənin isə Premyer Liqanın ilk turuna təsadüf etmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.