19 sentyabr 2012 15:18
Jan-Pyer Papen: Mən Azərbaycan klubunda? Niyə də olmasın?
Futbol üzrə Fransa yığmasının keçmiş hücumçusu Jan-Pyer Papen azerisport.az saytına müsahibəsində AÇ-96-nın seçmə mərhələsini xatırlayıb, “Bakı”nın bazasından, eləcə də Azərbaycan futbolundan danışıb.
- Siz Fransa yığmasının AÇ-96-nın seçmə mərhələsindəki heyətində yer alsanız da, Azərbaycanı 10:0 məğlub etdiyiniz görüşdə iştirak etməmisiz...
- Hə, belə nəticələr olur. Amma belə məğlubiyyətlər hərdən faydalı da olur. Məsələn, görürəm ki, yığmanız artıq elə hesablarla uduzmur.
- Trabzonda keçirilən digər oyunda yığmamızı məyus edənlərdən biri də siz olmuşdunuz...
- Biz üç oyun idi qol vura bilmirdik. Düzünü deyim ki, artıq həmin qolu dəqiq xatırlamıram. Ya birinci, ya da ikinci qol idi. Amma dəqiq yadımdadı ki, həmin görüşdə zədəli çıxış edirdim və oyundan daha çox zədəmi düşünürdüm.
- “Bakı”nın bazasında oldunuz. Təəssüratlarınız?
- Bazada gördüklərim çox xoşuma gəldi. Heç gözləmirdim. Fransanın bəzi klublarında da belə şərait var. Əgər işə bu cür yanaşılmağa davam edilsə, həm klublar, həm də ölkə futbolu bundan fayda görəcək.
- Bazada gördüklərim çox xoşuma gəldi. Heç gözləmirdim. Fransanın bəzi klublarında da belə şərait var. Əgər işə bu cür yanaşılmağa davam edilsə, həm klublar, həm də ölkə futbolu bundan fayda görəcək.
- Özünüzü hansısa Azərbaycan klubunun sükanı arxasında görürsüz?
- Niyə də yox? Amma mən hesab etmirəm ki, klublarınız əcnəbi məşqçilərə üstünlük verməlidilər.
- Niyə də yox? Amma mən hesab etmirəm ki, klublarınız əcnəbi məşqçilərə üstünlük verməlidilər.
- Bəs kimə?
- Öz mütəxəssislərinizə. Onlar üçün şərait yaratmaq lazımdı ki, ölkədən kənara çıxsınlar, nəyi necə etmək lazım olduğunu öyrənsinlər ki, burdakı fəaliyyətlərində də istifadə edə bilsinlər.
- Öz mütəxəssislərinizə. Onlar üçün şərait yaratmaq lazımdı ki, ölkədən kənara çıxsınlar, nəyi necə etmək lazım olduğunu öyrənsinlər ki, burdakı fəaliyyətlərində də istifadə edə bilsinlər.
- Bəs sizə təklif gəlsə, onda necə?
- Düşünərəm. Mənim hazırda Fransa telekanalı ilə müqaviləm var. Şərhçi işləyirəm. Yəni bir növ azadam.
- Düşünərəm. Mənim hazırda Fransa telekanalı ilə müqaviləm var. Şərhçi işləyirəm. Yəni bir növ azadam.
