19 sentyabr 2012 15:39
Neftçi Partizanla oyuna ciddi itki ilə çıxa bilər
Azərbaycan çempionu “Neftçi” Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ı ilə oyuna ciddi itki ilə çıxa bilər. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu çətin səfər oyunu öncəsi aparıcı müdafiəçisi Bruno Bertuççinin xidmətindən məhrum olmaq təhlükəsi ilə üz-üzədi.
Çünki braziliyalı futbolçu Premyer Liqanın son turunun “Xəzər Lənkəran”la oyununda zədələnib. Hazırda həkimlər onu mümkün qədər tez bir zamanda hazır vəziyyətə gətirmək istəyirlər. Amma Bertuççinin Belqradda meydana çıxması hələlik tam dəqiqləşməyib.
Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
