19 sentyabr 2012 15:44
Bakının futbolçuları Lansa keçə bilər
Xəbər verdiyimiz kimi, başda “Lans” futbol klubun prezidenti Lyuk Dayan və Fransa futbol federassiyasının vitse-prezidenti Jarva Martel olaraq, dünya futbolunun ulduzları Jan-Pyer Papen, Olivye Dakur və Jüslen Blonşar “Bakı” futbol klubunun təlim məşq bazasını ziyarət ediblər. Azerisport.az xəbər verir ki, qonaqların ölkəmizə səfərində məqsəd “Lans” və “Bakı” arasında əməkdaşlıq yaratmaqdı.
Tərəflər arasında aparılan müzakirələrdən biri də “Bakı”nın futbolçularının “Lans”a baxışa yollanması olub. Razılığa gəlinib ki, “zolaqlılar” 1996/97 təvəllüdlü futbolçularını Fransa klubunun düşərgəsinə yollayacaq.
