19 sentyabr 2012 16:07
“Neftçinin də heyəti bizimki kimi güclüdü”
Serbiyanın “Partizan” klubunun kapitanı Saşa İliç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bizim qonaqları Belqradda salamlayıram. Biz qələbə qazanmaq istəyirik. Amma bilirik ki, bu, asan olmayacaq. Çünki “Neftçi”nin də heyəti bizimki kimi güclüdü. Onların xeyli legioneri, gənc futbolçuları, yığma üzvləri var. Lakin biz evdə oynayırıq. Deməli, mütləq qalib gəlməliyik”.

Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.