19 sentyabr 2012 16:14
Topaz hər ayın ən yaxşı futbolçusunu seçəcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında bundan sonra da hər ayın ən yaxşı futbolçusu seçiləcək. Azerisport.az xəbər verir ki, bu, Peşəkar Futbol Liqası ilə “Topaz” idman mərc oyunları operatoru arasında titul sponsorluğu üçün müqavilə bağlanılması mərasimində açıqlanıb.
Belə ki, “Topaz” hər ay ən yaxşı futbolçunu müəyyənləşdirəcək. Fərqlənən futbolçular müvafiq qaydada mükafatlandırılacaq.
Bundan əlavə Kütləvi İnformasiya Vasitələri arasında da müxtəlif aksiyalar keçiriləcək. Bu barədə “Azerinteltek”in rəhbəri Ahmet Sezer məlumat verib.
