19 sentyabr 2012 16:27

Vladimir Vermezoviç: Neftçi ilə oyunda heç bir fiasko olmayacaq

Serbiyanın “Partizan” klubunun baş məşqçisi Vladimir Vermezoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun ərəfəsində mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

“İlk oyunu doğma meydanda keçirməyimiz bizim üçün çox vacibdi. Bu, bizim qrup mərhələsinə uğurla başlamağımız üçün bir şansdı. Bu şansı əldən verməyəcəyik. Biz çətin qrupa düşmüşük. İndi nə “Partizan”a, nə də “Neftçi”yə güvənən var. Amma mən əminəm ki, bu komandalar özlərini sübut edəcəklər. Biz qrup liderliyi uğrunda mübarizə aparacağıq. Rəqibimiz təcrübəli və texnikalı futbolçulardan təşkil olunub. Amma bizim də yaxşı heyətimiz və deyəcək sözümüz var. Bütün komanda oyuna hazırdı. Oyundan 3 xal gözləyirik. Yeri gəlmişkən, stadion tam dolu olsa, bizə oynamaq daha asan olacaq. Hamını bu oyuna dəvət edirəm”.
 
Vermezoviç məğlubiyyəti ağlından belə keçirmədiyini bildirib: “Mən məğlub olmağa hazırlaşmıram. Heç bir fiasko olmayacaq. Biz bilirdik ki, rəqibin futbolçusu Elvin Yunuszadə diskvalifikasiyalı olduğu üçün bu oyunda iştriak etməyəcək. Amma Bruno Bertuççinin oynamayacağı haqda xəbər mənim üçün gözlənilməz oldu. Çünki o, rəqibin əsas futbolçularından biridi. Hər halda bu, “Partizan” üçün yaxşıdı. O, bizə çətin anlar yaşada bilərdi”.
 
Vermezoviç bildirib ki, o, “Neftçi”yə zəif rəqib gözüylə baxmır: “Biz ümumiyyətlə rəqibləri zəif və ya güclüyə bölmürük. Bütün oyunlara ciddi hazırlaşırıq. “Neftçi”nin APOEL-ə qarşı necə oynaması vacib deyil”.
 
Belqradlıların çalışdırıcısı “Neftçi”nin təhlükəli oyunçularından da danışıb: “Bakılıların güclü müdafiə və yarımmüdafiə xətti var. Xüsusilə Flavinyo, Rəşad Sadiqov və Julius Vobayı qeyd edə bilərəm. Yeri gəlmişkən, ümid edirəm ki, Saşa Stamenkoviçin bizimlə oyunda problemləri çox olacaq. Amma onu da etiraf etməliyəm ki, Stamenkoviçin “Neftçi”nin heyətində çıxış etməsinin bizim üçün o qədər də ciddi fərqi yoxdu”.
 
Vermezoviç “Neftçi”nin Serbiyadakı ilk məşqini “Crvena Zvezda”nın bazasında həyata keçirməsinə də münasibət bildirib: “Bilirik ki, “Neftçi” “Crvena Zvezda”nın bazasında məşq edib. Azərbaycanlılar Belqrada oyundan iki gün öncə gəlmişdilər. Bu isə o demək idi ki, məşq etmək üçün yer axtaracaqlar. Bizim əzəli rəqibimiz onlara belə bir şərait yaratdı. Belə də olmalıdı. Ümid edirəm ki, biz “Neftçi”ni də “Crvena Zvezda” kimi məğlub edəcəyik”.
 
Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.