19 sentyabr 2012 17:32

“Komandanın oyununu kənardan izləmək çox ağırdı”

“İnter”in hücumçusu Baçana Tsxadadze müsahibəsində AZAL ilə oyuna hazırlıq prosesindən danışıb, qarşıdakı matç barədə fikirlərini bölüşüb və digər suallara cavab verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- AZAL ilə matça hazırlıq necə gedir?
- Hazırlıq adi rejimdə gedir. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Düşünürəm ki, bu qarşılaşma bizim üçün turnir cədvəlində yuxarıda möhkəmlənmək üçün şans olacaq. Biz maksimal nəticəyə ümid edirik.
 
- Diskvalifikasiya səbəbindən iki oyun buraxmalı oldunuz. Yəqin meydan üçün darıxmısınız və sıraya qoşulmağınızı səbirsizliklə gözləyirsiniz…
- Bəli, doğrusu, oyun üçün çox darıxıram. Etiraf edim ki, komandanın oyununu tribunadan izləmək çox ağırdır. Meydanda olduğundan da çox əsəbilik keçirməli olursan. Komanda yoldaşlarına kömək etmək istəyirsən, lakin bunu etmək, təəssüf ki, alınmır. Meydana qayıtmağım komandanın işinə yarayarsa, o zaman çox şadam olardım.
 
- “İnter”in rəqibi AZAL son bazar matçında böyük hesabla “Qarabağ” komandasını məğlub etdi. Bu klub bu mövsümdə çox yaxşı təsir bağışlayır. Bəs Siz AZAL komandası barədə nə deyə bilərsiniz?
- AZAL həmişə hücum futbolu oynayan yaxşı komandadır. Bu komandanı, əlbəttə ki, qiymətləndirməmək olmaz. Bununla belə, hesab edirəm ki, diqqəti rəqibin oyununa yönəltməməliyik, bizə öz futbolumuzu oynamaq lazımdır. Əlbəttə ki, yadda saxlamaq lazımdır ki, AZAL əks-hücumlarda əla oynayır. Matçın başlamasına hələ bir neçə gün var və məşqçi bu oyuna mütləq konkret tapşırıqlar verəcək.
 
- Komandanın bütün azarkeşlərini Giorgi Adamiyanın zədə alması xəbəri məyus etdi. Bundan başqa, “İnter”in bəzi futbolçuları da zədəlidir. Sizin fikrinizcə, bu kadr problemləri AZAL ilə matçda mane olmayacaq?
- Adamiyanın uzun müddətə itirilməsi “İnter” üçün böyük problemdir. O, indi-indi formaya düşürdü, “Turan”la qarşılaşmada qol vurdu. Düşünürdüm ki, daha yaxşı olacaq, lakin təəssüflər olsun ki, biz onu zədəyə görə uzun müddətə itirdik. Kadr problemlərinə baxmayaraq komandada olmayan futbolçuları əvəz etməyə qadir yüksək ixtisaslı futbolçular var.
 
- Bu il “İnter”in hücum xətləri hissediləcək dərəcədə güclənib. Sizin nəzərinizcə, hücum xəttində əsas yer uğrunda rəqabət komandaya təsir göstərəcək?
- Bu rəqabət “İnter”in xeyrinə olacaq. Yaxşı ki, məşqçi seçməyi, məhz kimi heyətə salmağı bilir. Hər mövqedə bizim minumum 2 yaxşı futbolçumuz var. Rəqabət tərəqqiyə səbəb olur və bu proses komandaya müsbət təsir göstərir. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.