19 sentyabr 2012 17:54
Partizanın qapıçısı: Neftçiyə qalib gəlsək, növbəti oyunlarda bizə asan olacaq
Serbiyanın “Partizan” klubunun qapıçısı Vladimir Stoykoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Əgər biz “Neftçi” ilə oyunda qələbə qazansaq, sonrakı oyunlarda da bizə asan olacaq. Çünki bu görüşdə əldə edəcəyimiz 3 xalın bizə faydası dəyəcək. Ona görə də “Neftçi” üzərində qələbə qazanmağa köklənmişik”.
Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
