19 sentyabr 2012 19:43

Mirhüseyn Seyidov: Neftçi Partizana uduzmayacaq

“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi” “Xəzər Lənkəran”la oyunda demək olar ki, tam gücünü ortaya qoymadı...
- “Xəzər Lənkəran”la oyun vacib idi. Amma “Partizan”la oyun qədər yox. Lənkəranlılara qarşı bir hər mövsüm bir neçə dəfə oynayırıq. Amma Avropa Liqasında hər mövsüm çıxış etmirsən. Bundan sonra isə fərqli olacağını düşünürəm. Hər halda çox baxımlı oyun sərgiləməsək də, prinsipial rəqib üzərində qələbə qazana bildik.
 
- Belqrada yaxşı əhval-ruhiyyə ilə gəlmisiz. Bu, qarşıdakı oyunda da özünü göstərə bilər?
- Şübhəsiz. Komandamız öz gücünə inanır və Avropanı növbəti dəfə fəth etməyə hazırdı. Avroliqanın qrup mərhələsi Azərbaycan futbolu üçün bayramdı. Amma bu, o demək deyil ki, qrup mərhələsinin sonuna qədər bunu bayram etməliyik. Əldə etdiyimiz nailiyyətlə kifayətlənmək istəmirik. Xüsusilə də dekabrda qrup mərhələsinə düşdüyümüz üçün təəssüflənməyimizi istəmirəm.
 
- Elə isə “Neftçi”nin minimum hədəfi nədən ibarətdi?
- Qrupdan çıxa bilməsək də, maksimum çox xal toplamaq istəyirik.
 
- Bəs “Partizan”la oyunda şanslarınızı nə dərəcədə yüksək hesab edirsiz?
- Çətin səfər oyunudu. Bu mərhələdə asan oyun ola bilməz. Amma bura məğlub olmağa gəlməmişik. Ən azı uduzmamaq istəyirik. Buna gücümüz çatar. Özü də təkcə heç-heçə haqda düşünmürük. Qələbə qazanmaq istəyirik. Komandamızın oyunu da xeyli yaxşılaşıb.
 
- Sizcə, qrup mərhələsində ən vacib hansı oyun ola bilər?
- Minal “İnter”i ilə səfər oyunumuz. Bu, mənim üçün xüsusi oyun olacaq. Bu oyunu APOEL üzərində qələbəmizə bərabər sayıram. Amma indi Belqraddakı oyunu düşünmək lazımdı.
 
- Siz adətən bütün oyunlarda ikinci hissədə meydana çıxırsız. Bununla barışmısız?
- Əlbəttə ki, yox. Düzdü, komandada belə də hər şey yaxşı gedir. Amma gizlətmirəm ki, mən də bütün oyunlarda əsas heyətdə meydana çıxmaq istəyirəm. Hazırda bunun üçün çalışıram. Ola bilər ki, məşqçilər korpusu məni fiziki cəhətdən tam hazır saymırlar. Amma mən özümü fiziki cəhətdən hazır hesab edirəm. Sadəcə, komandada hər şey yaxşı getdiyi üçün heyətdə dəyişikliyə əl atılmır. Z
 
- “Partizan”la oyuna proqnozunuz...
- Mənim proqnozum – “Neftçi” uduzmayacaq. Qalanını oyunda görərsiz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.