19 sentyabr 2012 20:27
Elxan Məmmədov: Bunun Azərbaycan futbolunun inkişafına böyük töhvəsi olacaq
Xəbər verdiyimiz kimi, bu gün Peşəkar Futbol Liqası və "Topaz" arasında strateji əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə əlaqədar konfrans keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov Peşəkar Futbol Liqası və “Topaz” arasındakı əməkdaşlıq haqqında fikirlərini və diləklərini bildirdi:
“Bu gün çox önəmli bir gündür. Çünki “Topaz” şirkəti artıq Azərbaycan Premyer Liqasının titul sponsorluğunu rəsmiləşdirəcək. PFL və “Topaz” şirkətlərini bu münasibətlə təbrik edirəm. Bu, bir daha göstərir ki, Azərbaycanda Premyer Liqaya maraq artır. Ümid edirəm ki, bu uzunmüddətli əməkdaşlığın Azərbaycan futbolunun inkişafına böyük töhvəsi olacaq. Hər birinizi təbrik edirəm”.
