19 sentyabr 2012 19:55

“Şübhəli oyunlarla bağlı məlumatların qarşılıqlı ötürülməsi ilə bağlı razılığımız var”

Xəbər verdiyimiz kimi, bu gün Peşəkar Futbol Liqası və "Topaz" arasında strateji əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə əlaqədar konfrans keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə “Azərinteltek” şirkətinin Direktorlar Şurasının sərdi Ahmet Geylani Sezer Peşəkar Futbol Liqası və “Topaz” arasındakı əməkdaşlıq haqqında fikirlərini və diləklərini bildirib:
 
“Bu gün uzun zamandır üzərində çalışdığımız bir layihəyə başlayırıq. Bizim hədəfimiz Azərbaycanda idmanın inkişafına nail olmaqdır. Futbolun inkişafı da bizim üçün çox önəmlidir. Bu anlaşmanın bugünkü səviyyəyə gəlməsinə görə Ramin müəllim və Azər müəllimə təşəkkürümü bildirirəm. Çünki, hamı bu işə daha da yaxşı alınması düşüncəsi ilə yanaşıblar. Bizim hədəfimiz gələcək üç il ərzində Azərbaycan futbolunun inkişafında, az da olsa, əməyimizin olmasıdır. Bu müqavilənin Azərbaycan futbolu üçün uğurlu olacağına inanıram”.
 
“Bu gün imzalanan müqavilə ilə Azərbaycan Premyer Liqasının titul sponsoru olduq. Bu işlə bizim reklam büdcəmiz tamamilə ayrıdır. Buraya ayrılan pul reklam büdcəsindən ayrılan pul deyil. Sponsorluğa görə verilən pul futbolun inkişafı üçün öz hissəmizə düşən gəlirdən verilir. Liqaya sponsor olmağın təbii ki, bəzi məsuliyyətlətləri də var. Sadəcə adı alıb bunun reklamı ilə kifayətlənməyi düşünmürük. Liqanın inkişafı üçün planlaşdırdığımız çalışmalar var. “Ayın futbolçusu” kimi, KİV nümayəndələri üçün müəyyən yarışların təşkil edilməsi kimi planlarımız var. Keçən il üçlü bir razılaşma əldə olunub. AFFA, Gənclər və İdman Nazirliyi və “Azərinteltek” arasında şübhəli oyunlarla əlaqədar məlumatların qarşılıqlı olaraq ötürülməsi ilə bağlı razılığımız var. Buna bənzər bir anlaşma da Türkiyə Futbol Federasiyası ilə əldə etmişik. Avropada iki futbol federasiyası ilə anlaşma əldə edən tək şirkətik. Bizim hədəfimiz etik məsələlərdə də dövlətimizlə əməkdaşlıq etməkdir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.