19 sentyabr 2012 21:15
“Azəridmanservis tək futbolda yox, idmanın bir çox sahələrində inkişafa nail olub”
Xəbər verdiyimiz kimi, bu gün Peşəkar Futbol Liqası və "Topaz" arasında strateji əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə əlaqədar konfrans keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə “Azəridmanservis” şirkətinin direktoru Azər Məhərrəmov Peşəkar Futbol Liqası və “Topaz” arasındakı əməkdaşlıq haqqında fikirlərini və diləklərini bildirib:
“Çox əlamətdar və mühüm bir gündür. Artıq Premyer Liqa uzun müddətdir fəaliyyətdə olan “Topaz” markalı dövlət layihəsinin adını daşıyacaq. Azərbaycan idmanının inkişafında çox önəmli bir gündür. “Azəridmanservis” tək futbol sahəsində yox, idmanın bir çox sahələrində inkişafa nail olub. Bütün idman ictimaiyyətini bu əlamətdar hadisə münasibəti ilə təbrik edirəm”.
