19 sentyabr 2012 20:49
“Azərbaycan futbolu çox qısa zamanda Avropadakı layiqli yerini tutacaq”
Xəbər verdiyimiz kimi, bu gün Peşəkar Futbol Liqası və "Topaz" arasında strateji əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə əlaqədar konfrans keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə iştirak edən Türkiyə futbolunun əfsanəvi simalarından olan Selçuk Yula Peşəkar Futbol Liqası və “Topaz” arasındakı əməkdaşlıq haqqında fikirlərini və diləklərini bildirib:
“Topaz Premyer Liqası”nın Azərbaycan futboluna uğurlu olacağını düşünürəm. Çağdaş futbolda sponsorluğun çox böyük önəmi var. Biz Türkiyə futbolunun inkişaf yoluna baxsaq, bunu açıq şəkildə görərik. Türkiyədə klublara sponsorluq edildikdən sonra Avropada uğurlar qazanılmağa başlanıldı. Bu müqavilənin Azərbaycan futboluna çox xeyirli olacağına inanıram. Əminəm ki, Azərbaycan futbolu çox qısa zamanda Avropadakı layiqli yerini tutacaq. “Neftçi” klubuna da “Partizan” ilə oyunda uğurlar arzulayıram”.
