19 sentyabr 2012 21:36
Premyer Liqamız üçün əlamətdar hadisə (VİDEO)
Xəbər verdiyimiz kimi, bu gün Peşəkar Futbol Liqası və "Topaz" arasında strateji əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə əlaqədar KİV nümayəndələri və futbol ictimaiyyətinin tanınmış simalarının iştirakı ilə konfrans keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə PFL-in prezidenti Ramin Musayev və "Azərinteltek" şirkətinin Direktorlar Şurasının sədri Ahmet Geylani Sezer 3 illik strateji əməkdaşlıq müqaviləsi imzalayıblar. İmzalanan müqaviləyə əsasən 19 sentyabr tarixindən etibarən "Topaz" Azərbaycan Premyer Liqasını dəstəkləyəcək və bu liqanın adı "Topaz Premyer Liqası" adlandırılacaq. Tədbirdə həmçinin AFFA-nın baş katibi Elxan Məmmədov, "Azəridmanservis" şirkətinin direktoru Azər Məhərrəmov, Fransa Futbol Federasiyasının vitse-prezidenti Jerve Martel, veteran futbolçular Jan-Pyer Papen, Olivye Dakur, Jüslen Blonşar və Selcuk Yula iştirak ediblər.
