20 sentyabr 2012 00:11

Tarix yazanlar üçün tarixi matç

Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxacaq.
 
Məlum olduğu kimi, komandamız avrokubokların cari mövsümünə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən start vermişdi. İlk cəhdində Gürcüstan çempionu “Zestafoni” ilə üz-üzə gələn “Neftçi” Bakıdakı ilk oyunda 3:0 hesablı darmadağına imza atmış, Gürcüstandakı qarşılaşmada da məhsuldar heç-heçəyə (2:2) nail olmaqla mərhələ adlamışdı. Lakin “ağ-qaralar” eyni uğuru üçüncü təsnifat mərhələsinin İsrail “Hapoel”iylə (Kiryat Şmona) mübarizədə təkrarlaya bilmədi. Səfərdə 4 cavabsız qola üzülən Azərbaycan çempionu doğma meydanda sadəcə 2:2 hesablıya heç-heçəyə nail ola bildi və ÇL-lə vidalaşdı. Amma reqlamentə əsasən, Azərbaycan təmsilçisi Avroliqada mübarizəni davam etdirmək şansına malik idi. Nüfuzuna görə qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində “Neftçi” APOEL (Kipr) səddini keçməliydi. Hansı ki, paytaxt klubu Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaqla böyük bir tarixi uğura imza atmağı bacardı – 1:1, 3:1. Beləcə, Böyükağa Hacıyevin komandası qitə miqyaslı turnirlərin qrup mərhələsinə vəsiqə qazanan ilk komanda ünvanına sahib çıxdı.
 
İndi “Neftçi”ni qrup mərhələsi çərçivəsində keçirəcəyi tarixi oyunda Serbiya “Partizan”ı ilə ilk görüş gözləyir. Qeyd edək ki, bu komanda Azərbaycan futbolsevərlərinə tanışdı. Belə ki, Belqrad klubu artıq bir dəfə ölkəmizə gəlib. 2008-2009 mövsümündə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Bakı “İnter”i bu komandaya rəqib olub. Bakıdakı oyun 1:1 hesabı ilə başa çatıb, Belqradda isə “Partizan” qələbəyə sevinib – 2:0. Ümid edək ki, “Neftçi” eyni zamanda “bankirlər”in də qisasını almağı bacaracaq.
 
Qeyd edək ki, paytaxt Belqradı təmsil edən “Partizan” klubu 1945-ci ildə yaradılıb. Komanda ev oyunlarını “Partizan” stadionunda keçirir. Arenanın azarkeş tutumu 32710 nəfərdi. “Partizan”a Vladimir Vermezoviç başçılıq edir. 48 yaşlı mütəxəssis baş məşqçi postuna bu il təyin olunub. O, 2004-2005 mövsümündə də “Partizan”a başçılıq edib. Serbiyanın “Teleoptik”, Slovakiyanın “Spartak” və CAR-ın “Kayzer Çiefs” klublarına başçılıq edib. Vermezoviçə qədər isə komandaya İsrail yığmasının və “Chelsea” klubunun sabiq baş məşqçisi Avraam Qrant rəhbərlik edirdi. O, klub rəhbərliyi ilə fikir ayrılığı üzündən postundan istefa verib. “Partizan” ölkənin ən köklü klublarındandı. Yuqoslaviya və Serbiya-Çernoqoriya dövründə 19 dəfə çempion olub, 9 dəfə ölkə kubokunu qazanan komanda ölkə Serbiya adlanandan sonra 5 dəfə çempionluq, 3 dəfə kubok sevinci yaşayıb. “Partizan” avrokuboklarda indiyədək 189 oyun keçirib, 75 qələbə qazanıb, 36 heç-heçə edib və 78 dəfə uduzub. “Partizan”ın heyətində serb futbolçularla yanaşı, Çernoqoriya, Sierra Leone, Braziliya, Bolqarıstan, Makedoniya və Liviyadan legionerlər çıxış edir. “Partizan”ın əksər üzvləri Serbiya milli komandasının üzvləridi.
 
Komandanın Avroliqa üçün iştirak ərizəsi belədi:
 
Qapıçılar: 30. Nikola Petroviç, 33. Radişa İliç, 88. Vladimir Stoykoviç;
Müdafiəçilər: 2. Aleksandar Milkoviç, 3. Vladimir Volkov, 5. Stefan Saviç, 6. Voyislav Stankoviç, 15. İvan İvanov, 17. Sreten Sretenoviç, 18. Aleksandr Lazevski, 19. Branko Paulyeviç, 37. Stefan Aşkovski, 40. Miloş Ostoyiş;
Yarımmüdafiəçilər: 4. Medo, 7. Nemanya Tomiç, 8. Qoran Lovre, 10. Zvonimir Vukiç, 11. Nikola Ninkoviç, 14. Darko Braşanaç, 20. Deyan Babiç, 21. Saşa Markoviç, 22. Saşa İliç, 39. Miloş Yoyiç, 50. Lazar Markoviç, 99. Milan Smilyaniç.
Hücumçular: 12. Stefan Şkepoviç, 27. Mohamed Zubya, 44. Marko Şkepoviç, 45. Aleksandar Mitroviç, 77. Filip Knejeviç.
 
Göründüyü kimi, Serbiya çempionu heç də sıradan rəqib deyil. Amma bu komanda nə qədər güclü olsa da, hər halda “Neftçi”nin də başqa çıxış yolu yoxdu. Azərbaycan çempionu qrupunda İtaliyanın “İnter”, Rusiyanın “Rubin” klubu kimi daha güclü rəqiblərin olmasını nəzərə alıb, bu komandaya qarşı daha inamlı mübarizə aparmaq məcburiyyətindədi. Bu, həm də ona görə vacibdi ki, ilk oyunda qazanılacaq uğur növbəti oyunlarda da “Neftçi”yə faydalı ola bilər. Üstəlik, bu görüşün tarixi bir qarşılaşma olması da təmsilçimiz üçün əlavə motivasiya sayıla bilər. Axı qrup mərhələsi çərçivəsində keçirdiyi ilk oyunda məğlubiyyətlə xatırlanmasını heç bir komanda arzulamaz.
 
Bu yolda ilk oyunun səfərdə keçirilməsi komandamız üçün uğursuz hal sayıla bilər. Çünki “ağ-qaralar”ı 30 minlik çılğın “Partizan” azarkeşləri qarşısında çətin sınaq gözləyir. Amma nəzərə almaq lazımdı ki, onsuz da bütün rəqiblərlə həm evdə, həm də səfərdə qarşılaşmalı olacağıq. Ona görə də, “Neftçi” bütün gücünü toplayıb, məhz səfər görüşündə uğurlu başlanğıc etməlidi ki, evdə keçirəcəyi oyunlarda bunun davamını gətirə bilsin. Təbii ki, Belqraddakı görüşdə qazanılacaq 1 xal da Azərbaycan təmsilçisi üçün ciddi uğur sayıla bilər. Amma mümkün qələbə daha möhtəşəm olar. Hansı ki, komandanın baş məşqçisi Böyükağa Hacıyev də açıqlamalarında səfərə məhz 3 xal dalınca getdiklərini bəyan edir.
 
Komandamızın Avroliqa üçün iştirak ərizəsi:
 
Qapıçılar: 12. Emil Balayev, 24. Rəşad Əzizov, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhuseyn Seyidov, 25. Cavid İmamverdiyev, 21. Kamil Nurəhmədov;
Hücumçular: 8. Elşən Abdullayev, 11. Nikolas Kanales, 14. Bahodir Nəsimov, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev.
 
Bu gün "Neftçi"nin yer aldığı H qrupu çərçivəsində keçiriləcək digər oyunda İtaliya "İnter"i də Rusiya təmsilçisi "Rubin"lə münasibətlərinə aydınlıq gətirəcək.
 
Avropa Liqası
Qrup mərhələsi
H qrupu
1-ci tur
20 sentyabr
 
00:05. PARTİZAN - NEFTÇİ
Belqrad. Partizan stadionu.
Hakimlər: Libor Kovarik.
Baş hakimin köməkçiləri: Patrik Filipek, Jiri Molaçek.
Dördüncü hakim: Antonin Kordula.
Baş hakimin əlavə köməkçiləri: Radek Prihoda, Tomas Koçurek ((Hakimlər briqadası Çexiyadandı).
UEFA nümayəndəsi: Mixael Kirhner (Almaniya).
Hakim-inspektor: Manuel Lopes Fernandes (İspaniya).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.