21 sentyabr 2012 01:56
Neftçi Avroliqanın qrup mərhələsinə uğurlu start verdi (YENİLƏNİB)
Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxıb.
“Neftçi”ni qrup mərhələsi çərçivəsində keçirdiyi tarixi oyunda Serbiya “Partizan”ı ilə görüşüb. Qeyd edək ki, bu komanda Azərbaycan futbolsevərlərinə tanışdı. Belə ki, 2008-2009 mövsümündə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Bakı “İnter”i bu komandaya rəqib olub. Bakıdakı oyun 1:1 hesabı ilə başa çatmış, Belqradda isə “Partizan” qələbəyə sevinmişdi – 2:0. Ümid edək ki, “Neftçi” eyni zamanda “bankirlər”in də qisasını almağı bacaracaq.
Bu gün "Neftçi"nin yer aldığı H qrupu çərçivəsində keçiriləcək digər oyunda İtaliya "İnter"i də Rusiya təmsilçisi "Rubin"lə münasibətlərinə aydınlıq gətirəcək.
Avropa Liqası
Qrup mərhələsi
H qrupu
1-ci tur
20 sentyabr
PARTİZAN - NEFTÇİ - 0:0 (0:0)
Belqrad. Partizan stadionu.
Hakimlər: Libor Kovarik.
Baş hakimin köməkçiləri: Patrik Filipek, Jiri Molaçek.
Dördüncü hakim: Antonin Kordula.
Baş hakimin əlavə köməkçiləri: Radek Prihoda, Tomas Koçurek ((Hakimlər briqadası Çexiyadandı).
Oyun başladı
3. Qapıya ilk zərbə meydan sahiblərindən gəlir: çox qeyri-dəqiqdi
5. Qarşılaşma gözlənildiyi kimi, yağışlı hava şəraitində keçirilir
10. Oyun daha çox meydanın mərkəzində keçir
15. Topa əsasən meydan sahibləri nəzarət edir. "Neftçi" isə əks-hücuma bel bağlayır
15. Stamenkoviç komandamızı real qoldan xilas edir
16. Vobayın əks-hücum zamanı zərbəsi kornerlə nəticələnir
16. "Neftçi"dən ənənəvi künc zərbəsi: müdafiəçilər topu uzaqlaşdırırlar
19. Bu dəqiqələrdə komandamız əsasən müdafiə olunur
25. Stamenkoviç hələ ki, rəqib hücumlarının qarşısını almağı bacarır. Lakin o, hər dəfə topla olduqda azarkeşlər onu güclü fitə basırlar
29. Komandamız rəqibin korner vuruşu zamanı diqqətli oynayır
30. "Neftçi" də korner qazanır: Cavidin baş zərbəsini qapıçı qaytarır, Ramosun təkrar vuruşunda isə top rəqib futbolçudan qayıdır
31. Yenə korner qazanırıq: Rəşadın uzaqdan zərbəsi qapının üstündən keçir
31. "Neftçi" daha bir kornerdən yaxşı yararlana bilmir
32. Bu dəqiqələrdə komandamız xeyli fəallaşıb
36. S.Markoviç oyunda ilk sarı vərəqənin müəllifinə çevrilir
39. "Neftçi" yenə qola yaxın olsa da, Kanalesin zərbəsi müdafiəçiyə dəyib kornerə çıxır
40. Komandamız yenə korneri qola çevirə bilmir
41. Ramos da sarı vərəqə ilə cəzalanır
42. "Partizan"ın korner vuruşu təhlükəli alınsa da, hər şey komandamız üçün yaxşı bitir
45. Cavidə qarşı kobudluğa görə cərimə zərbəsi: Bertuççinin zərbəsi qapıdan yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. "Neftçi" fasilədən sonra nisbətən daha fəal görünür
51. "Partizan"ın korner vuruşu zamanı komandamız yaxşı oynayır
55. Serblərin təhlükəli hücumu zamanı Markoviçin zərbəsi qapının üstündən keçir
58. "Neftçi"də ilk dəyişiklik: Cavidin əvəzində meydana M.Seyidov çıxır
63. "Partizan" da əvəzetməyə əl atır: S.Markoviç yerini M.Yoyiçə buraxır
65. Stamenkoviçin inamsız oyunu kornerlə nəticələnir. Amma o, korner zamanı topu tutmaqla günahını yumağı bacarır
70. "Neftçi"dən daha bir uğursuz korner vuruşu
73. Bertuççi sarı vərəqə ilə cəzalanır
73. "Partizan"da növbəti əvəzləmə: Mitroviçin əvəzində meydana Şkepoviç çıxır
74. Serblərin növbəti korner vuruşu komandamız üçün yaxşı bitir
75. Stamenkoviç oyunun bərpasını gecikdirdiyi üçün sarı vərəqə ilə cəzalanır
78. Flavinyonun əvəzində meydana A.Abdullayev çıxır
80. "Neftçi" bu dəqiqələrdə yenə hücuma atılıb və müdafiə haqda çox az düşünür
87. Son əvəzetmə: Vobayın yerinə meydana E.Mehdiyev çıxır
88. Stamenkoviç rəqibin hücumu zamanı topa sahib çıxır
89. Stamenkoviçdən daha bir inamlı oyun. Amma o, bu dəfə çiynindən zədə alır və həkim yardımına ehtiyac duyur
90. Matçın əsas vaxtına 5 dəqiqə əlavə olunur
90+1. Milkoviç də sarı vərəqə alanların sırasına qoşulur
90+4. "Partizan" az qala hesabı açacaqdı: Tomiçin yaxın məsafədən zərbəsi zamanı bəxtimiz gətirir
Matç başa çatdı
PARTİZAN: 88. Vladimir Stoykoviç, 2. Aleksandr Milkoviç, 15. İvan İvanov, 18. Aleksandr Lazevski, 40. Miloş Ostoyiç, 4. Medo, 7. Nemanya Tomiç, 21. Saşa Markoviç, 22. Saşa İliç (k), 50. Lazar Markoviç, 45. Aleksandr Mitroviç.
Ehtiyat oyunçular: 30. Nikola Petroviç, 3. Vladimir Volkov, 6. Voyislav Stankoviç, 11. Nikola Ninkoviç, 39. Miloş Yoyiç, 99. Milan Smilyaniç, 12. Stefan Şkepoviç.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 19. Julius Vobay, 15. Erik Ramos, 25. Cavid İmamverdiyev, 11. Nikolas Kanales.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 7. Rodriqinyo, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 21. Kamil Nurəhmədov, 28. Emin Mehdiyev.
