19 sentyabr 2012 23:27

Böyükağa Hacıyev: APEOL-in baş məşqçisi də Vermezoviç kimi danışırdı

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

- Neftçi” artıq Azərbaycan futbolunda tarix yazıb. Əlbəttə, bu, bizim üçün böyük uğurdu. Amma buna baxmayaraq, əldə etdiyimiz uğurla kifayətlənmək fikrimiz yoxdu.  Hədəflərimiz artıb. Niyə də qrup mərhələsini adlamayaq? Bu qədər məsafəni qət edib gəlməmişik ki, burda məğlub olaq. Qoy güclü qalib gəlsin.
 
- “Partizan”ın baş məşqçisi “Neftçi”ni qrupun autsayderi saydığını deyib. Gördüyünüz kimi, mətbuat konfransına da serbiyalı jurnalistlər gəlməyiblər. Bu barədə nə deyə bilərsiz?
- Əgər onlar belə hesab edirlərsə, yanılırlar. Bu barədə danışmaq hələ tezdi. Mən bu komandanı yaxşı analiz etmişəm. Bilirəm ki, komandada Saşa İliç və Tomiç kimi təcrübəli futbolçular çıxış edir. “Partizan”ı indi öz komandamdan da yaxşı tanıyıram. Həmkarıma da məsləhət görürəm ki, rəqibə hörmətlə yanaşsın. APOEL-in də baş məşqçisi onun kimi danışırdı. Biz rəqib komandanın maliyyə problemlərinin olduğunu da bilirik.
 
- Bruno Bertuççi özünü necə hiss edir?
- Hamı döyüşə hazırdı. Bircə Elvin Yunuszadə diskvalifikasiyalıdı.
 
- Bu oyunda sizi hansı nəticə qane edir?
- Mənim üçün harda oynamağımızın fərqi yoxdu. Fəxr edirəm ki, “Neftçi” Avropa Liqasının qrup mərhələsindədi. Siz nə vaxtsa mənim komandamın müdafiədən oynadığını görmüsüz? Həmişə rəqiblərimizə açıq futbol təklif edirik. Sabah da belə olacaq. Serblər bu oyundan razı qalacaqlar. Elə etmək istəyirik ki, bizi hələ uzun müddət yaddan çıxarmasınlar.
 
- Elvin Yunuszadənin əvəzində Tərlan Quliyev oynayacaq, yoxsa Saşa Yunisoğlu?
- Bu, sirrdi. Buna sabah qərar verəcəyik. Hər halda onu layiqincə əvəzləyə biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.