19 sentyabr 2012 23:36
Mahir Şükürov: Partizanın güclü və zəif cəhətlərini yaxşı bilirik
“Neftçi”nin müdafiəçisi Mahir Şükürov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Sabah keçiriləcək oyun barədə çox şey danışmaq olar. Bilirik ki, rəqibimiz güclü komandadı. Onları yaxşı öyrənmişik. “Partizan”ın iki oyununa baxmışıq. Rəqibin güclü və zəif cəhətlərini yaxşı bilirik. Bizə deyilən taktika ilə oynayacağıq. Avropa Liqasındakı uğurlu çıxışımızı davam etdirmək istəyirik. Bu oyunda bütün gücümüzü meydanda qoyacağıq ki, uğur qazanaq”.