19 sentyabr 2012 11:05

Erik Ramos: Serbiyada birinci biz qol vurmalıyıq

“Neftçi”nin paraqvaylı yarımmüdafiəçisi Erik Ramos Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəkləri səfər matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Klub rəhbərliyi Avroliqanın qrup mərhələsi üçün komandanın qarşısında hansısa hədəf qoyub?
- Bizə hələ bu barədə nəsə deyilməyib. Amma bunu başa düşmək çətin deyil ki, hədəflər yüksəkdi. Yəqin ki, ilk oyun öncəsi bu haqda da danışılacaq. Öz oyunumuzu sərgiləməyi bacarsaq, qrup mərhələsində də nəsə edə bilərik.
 
- Yəqin başa düşürsüz ki, “Neftçi” Avropa Liqasında bir növ Azərbaycan yığması kimi çıxış edəcək. Çünki bütün ölkə futbolsevərləri milli komanda kimi, “Neftçi”nin də belə mötəbər turnirdə uğurlu çıxış etməsi üçün hər cür dəstəyi nümayiş etdirəcək...
- Bunu səfər öncəsi bizimlə görüşündə AFFA prezidenti Rövnəq Abdullayev də demişdi. Mən bunu başa düşürəm. Əlimdən gələni edəcəyəm ki, onların bu dəstəyini qarşılıqsız qoymayaq.
 
- Səfərə hansı ümidlərlə gedirsiz?
- Çətin olacaq. Serbiya “Partizan”ı ilə ilk dəfədi qarşılaşırıq. Amma uğurlu çıxış etmək istəyirik. Potensialımız da buna ümid etməyə əsas verir.
 
- Rəqibi öyrənə bilmisiz?
- Rəqib haqda heç nə bilmirəm. Oyun ərəfəsində lazım olan informasiya bizə veriləcək. İlk növbədə öz oyunumuzu sərgiləməliyik.

- “Xəzər Lənkəran”la oyundan sonra yorğunluq hiss etmirsiz ki?
- Xeyr. Artıq bərpa prosesini arxada qoymuşuq.
 
- Rəqibin şanslarının daha yüksək olduğu oyunda mümkün məğlubiyyətə hazırsız?
- Biz məğlub olmağa hazırlaşmırıq. APOEL-lə oyun hələ yaddan çıxmayıb. Onda da hamı düşünürdü ki, biz güclü rəqiblə oyunda heç nə edə bilməyəcəyik. Çünki onların şansları daha yüksək idi. Amma nəticə başqa cür oldu.

- “Partizan”ın azarkeşləri kiprlilərdən daha çılğındılar...
- Mən azarkeşlər çox olanda daha yaxşı motivasiya oluram. Birinci biz qol vursaq, hər şey xeyrimizə dəyişəcək. Ona görə də birinci qol vurmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.