19 sentyabr 2012 11:14
Yığmamız DÇ öncəsi açıq məşqə çıxır
Sentyabrın 20-də, saat 10:30-da, "Bakı" FK-nın Təlim-Məşq Bazasında 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının mətbuat üçün açıq məşqi, həmin gün saat 16:30-da, "Hilton" otelində yığmanın baş məşqçisi Sissi Raytın mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması sentyabrın 22-də FIFA U-17 qadınlararası dünya çempionatı 2012-də ilk oyununa çıxacaq. Yığmamız saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Kolumbiya komandası ilə qarşılaşacaq.
