19 sentyabr 2012 11:27
AFFA azarkeşlərə müraciət etdi
Sentyabrın 22-də FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 start götürəcək. Azerisport.az xəbər verir ki, çempionatın ilk oyunu saat 17:00-da, Tofiq Bəhramov adına Respubika stadionunda Nigeriya və Kanada yığmaları arasında keçiriləcək.
Saat 18:00-da açılış mərasimi, saat 20:00-da isə Azərbaycan - Kolumbiya qarşılaşması başlayacaq. Açılış mərasiminə və yığmamızın ilk oyununa təşrif buyuracaq azarkeşlərdən xahiş olunur ki, FIFA-nın tələblərinə və təhlükəsizlik qaydalarına uyğun olaraq tribunalarda yerlərini saat 18:00-a qədər tutsunlar. Həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda ilk oyun saat 17:00-da keçiriləcəyi üçün arenanın qapıları saat 15:00-dan etibarən açıq olacaq. (AFFA)
