19 sentyabr 2012 23:49
“Neftçi azarkeşləri hələ komandanın ifasında görmədikləri futbolun şahidi olacaqlar”
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“İlk dəfədi ki, Azərbaycan klubu Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Hələ hər şeyin necə nəticələnəcəyini bilmirik. “Partizan”la oyunda yaxşı futbol sərgiləmək istəyirik. Qoy Avropada da bilsinlər ki, Azərbaycanda yaxşı komandalar və oyunçular var. “Neftçi” azarkeşləri hələ komandanın ifasında görmədikləri futbolun şahidi olacaqlar. Fikrimcə, bu, indiyə qədər oynadığımız ən çətin oyun olacaq”.