19 sentyabr 2012 00:04
3 qol buraxdı, futboldan getdi
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovun oğlu Fuad Əsədov karyerasını davam etdirməkdən imtina edib. Azerisport.az saytına müsahibəsində bunu məşçqi özü də təsdiqləyib:
“Bu, onun öz qərarıdı. Mümkündü ki, nə vaxtsa o, fikrini dəyişsin. Çünki indi keçid dövrüdü və görünür o, bu sahədə perspektiv görmədiyi üçün belə qərar verib. Görünür, o, belə daha yaxşı olacağını düşünür. Hazırda vəziyyət belədi”.

Qeyd edək ki, Fuad Əsədov son olaraq “İnter”in “Sumqayıt”la oyununda iştirak edib. Hansı ki, onun komandası bu görüşdə 1:3 hesabıyla uduzub. Oyundan sonra isə “İnter”in baş məşqçisi onu komandadan kənarlaşdırıb. Gənc Əsədov isə ümumiyyətlə futboldan getməyə üstünlük verib.