19 sentyabr 2012 11:43
Partizanın futbolçusu: Neftçi ilə heç-heçə etsək, təəccüblənmərəm
Serbiyanın “Partizan” klubunun müdafiəçisi Aleksandr Milkoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Fikrimcə, şanslar bərabərdi. Onlar öz ölkələrinin çempionudu, biz də Serbiyanın. “Neftçi”yə çoxlu pullar yatırılır. Onlar maksimum diqqət və hörmətə layiqdilər. Əlbəttə, biz qələbə qazanmaq istəyirik. Amma heç-heçə də olsa, buna təəccüblənmərəm. Əgər qələbə qazanmaq istəyiriksə, meydanın mərkəzi uğrunda gedəcək mübarizədən qalib ayrılmalıyıq”.