19 sentyabr 2012 00:19
Vladimir Miçoviç: Partizan ilə oyunda Neftçiyə azarkeşlik edəcəyəm
“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç azerisport.az saytına müsahibəsində Azərbaycan çempionunun Avropa Liqasında Serbiya “Partizan”ına qarşı keçirəcəyi oyunla bağlı fikirlərini açıqlayıb.
- Siz “Neftçi”ni aeroportda qarşıladınız, ardından keçmiş komandanızın ilk məşqini izlədiniz...
- Bu, qəribə qarşılanmamalıdı. Çünki mən beş il bu komandada çıxış etmişəm. Keçmiş komandamın “Partizan”la düşdüyünü eşidəndə çox sevindim ki, onu Belqradda görəcəyəm. Bu, mənə doğma komandadı. Hələ indi də inana bilmirəm ki, “Neftçi” burdadı.
- “Neftçi”nin Avroliqanın qrup mərhələsinə çıxmasını necə qarşıladınız?
- Düzünü desəm, bunu gözləyirdim. Hətta özüm bu komandada oynadığım dövrdə də. Təəssüf ki, bu, mən oynadığım dövrdə olmadı. Hər il bunu arzulayırdım.
- Düzünü desəm, bunu gözləyirdim. Hətta özüm bu komandada oynadığım dövrdə də. Təəssüf ki, bu, mən oynadığım dövrdə olmadı. Hər il bunu arzulayırdım.
- Bəs komandanın qrup mərhələsindəki şansları barədə nə deyə bilərsiz?
- Düzünü desəm, mən “Partizan” və “Rubin”lə ev oyunlarında “Neftçi”dən qələbə gözləyirəm. Komanda evdə daha yaxşı oynayır. Heç “İnter” üçün də Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq asan olmayacaq.

- “Partizan” – “Neftçi” oyununda kimə azarkeşlik edəcəksiz?
- Şübhəsiz ki, “Neftçi”yə. Yenə də deyirəm ki, bu komanda mənim üçün çox doğmadı. Fikrimcə, “Neftçi”nin evə yaxşı nəticə ilə qayıtmaq şansı var. Bunun üçün isə minimum uduzmamaq lazımdı. Mən hətta buna əminəm.
- Qorxmursuz ki, Serbiyada bunu düzgün başa düşməzlər?
- Məni futbolçu kimi “Crvena Zvezda” yetişdirib, “Neftçi”də isə ailəm çörək yeyib. “Partizan” mənim üçün yad komandadı. Sizcə, bu komandaya necə azarkeşlik edə bilərəm?
- Yəqin ki, bu oyunda Saşa Stamenkoviçə daha çətin olacaq...

- O, “Crvena Zvezda”da oynayarkən bir neçə dəfə bu komandaya qarşı mübarizə aparıb. Ona görə də belə hallarda necə etmək lazım olduğunu yaxşı bilir. Düşünmürəm ki, onun nəsə problemi olsun.