19 sentyabr 2012 12:22
Neftçi Partizanın prinsipial rəqibi ilə əməkdaşlıq edəcək (FOTO)
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Neftçi” Avropa Liqasında qrup mərhələsinin ilk turu çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəyi səfər matçı öncəsi ötən gün “Crvena Zvezda”nın stadionunda məşq edib. Azerisport.az xəbər verir ki, məhz həmin məşq prosesi zamanı “Neftçi”nin prezidenti Sadıq Sadıqovla “Crvena Zvezda”nın (yeri gəlmişkən qeyd edək ki, bu komanda “Partizan”ın ən əzəli və prinsipial rəqibidi) rəhbəri Vladan Lukiç arasında görüş baş tutub.
Görüş zamanı bir çox məsələlər müzakirə olunub. Sonda isə tərəflər bundan sonra iki klub arasında əməkdaşlığa başlamağa qərar veriblər.
