19 sentyabr 2012 12:54
Yunis Hüseynov: Bu qapıçı ilə bağlı yekun qərarımı verməmişəm
“Xəzər Lənkəran” hazırda yeni qapıçını sınaqdan keçirir. Azerisport.az xəbər verir ki, bu Türkmənistandan olan Rəhmanberdi Əlixanovdu.
Lakin baş məşqçi Yunis Hüseynov hələlik onunla bağlı yekun qərar verməyə tələsmir. O, saytımıza müsahibəsində sözügedən qapıçı ilə bağlı bunları söyləyib:
“Əlixanov ucaboydu. Hansı ki, qapıçı üçün bu, çox vacib amildi. Hələ ki onun barəsində ancaq müsbət fikirdəyəm. Amma onu komandada saxlamaqla bağlı yekun qərar verməmişəm. Bu həftənin sonuna kimi bir qərar verəcəyik. İndidən onun klubumuza fayda verib-verməyəcəyini demək çətindi. Əgər özünü doğrulda bilsə, bu qapıçı ilə azad agent kimi müqavilə imzalayacağıq”.

Qeyd edək ki, karyerası əsasən yerli "HTTU Aşqabad" klubu ilə bağlı olan bu qapıçı Türkmənistan yığmasında da bir neçə oyun keçirib.