20 sentyabr 2012 01:06
Azərbaycan şirkətindən Partizana dəstək
Serbiyanın “Partizan” klubu özünə yeni sponsor tapıb. Azerisport.az xəbər verir ki, bu, “AzVirt” şirkətidi.
Sözügedən şirkət Serbiyada yol tikintisi ilə məşğul olur. Müəssisənin əsas fəaliyyət sahəsi avtomobil yollarının və hava limanlarının uçuş-enmə zolaqlarınin tikintisi və təmirindən, yol-inşaat materiallarının istehsalından ibarətdi.
Qeyd edək ki, “Partizan” Avropa Liqasında Azərbaycan çempionu “Neftçi”nin rəqibidi. Sözügedən komandalar arasında bu gün baş tutacaq qarşılaşmanı “AzVirt” rəhbərliyi də VİP-lojadan izləyəcək.
