20 sentyabr 2012 18:49

Simurq Xəzər Lənkəranı da məğlub edib, vahid liderliyi ələ keçirdi (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turdan təxirə salınan bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran” “Simurq”la münasibətlərinə aydınlıq gətirib.

Maraq üçün qeyd edək ki, bu komandalar geridə qalan turlarda fərqli nəticələrə imza atmışdılar. Belə ki, yeni mövsümdən çox inamlı təsir bağışlayan “Simurq” keçirdiyi 4 oyundan ikisində qalib gəlib, digər ikisində isə heç-heçə edib və məğlubiyyət tanımırdı. Georgi Çixradzenin komandası bu oyun öncəsi 8 xalla ikinci pillədə qərarlaşmışdı. “Xəzər Lənkəran” isə 1 oyunda qalib gəlib, daha birində uduzub, qalan ikisində heç-heçə ilə barışmalı olmuşdu. Yunis Hüseynovun komandası 5 xalla 8-ci yerdə gedirdi. Bu oyunda heç-heçə demək olar ki, turnir cədvəlində heç bir dəyişikliyə səbəb olmayacaqdı. Amma mümkün qələbə “Xəzər Lənkəran”ı rəqibinə qonşu, “Simurq”u isə vahid lider edə bilərdi.
 
Qarşılaşmanın böyük qismi "Xəzər Lənkəran"ın üstünlüyü şəraitində keçib. Amma "Simurq" ələ düşən iki qol şansından maksimum yararlanaraq, bu rəqibini məğlub edib. Nəticədə, Zaqatala klubu artıq vahid liderliyi ələ alıb. Hər halda bu komanda görünür hələ çoxlarını təəccübləndirəcək.
 
Maraq üçün qeyd edək ki görüş ölkəmizdə keçirilən 17 yaşadək qızlardan ibarət yığmalar arasındakı dünya çempionatı ilə əlaqədar Sumqayıtda baş tutdu. Nominal meydan sahibi isə “Xəzər Lənkəran” idi. Daha bir əlamətdar məqam bu oyunun çempionatın "Topaz Premyer Liqası" adı altında baş tutan ilk görüş kimi tarixə düşməsi oldu.
 
Topaz Premyer Liqası
4-cü turun oyunu
20 sentyabr (cümə axşamı)
 
XƏZƏR LƏNKƏRAN – SİMURQ - 0:2 (0:1)
Qollar: M.Burhard, 18 (0:1), S.Polyak, 49 (0:2)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Elşən Acalov, İnqilab Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayət şəhər stadionu.
 
Oyun başladı
5. Nominal meydan sahibləri ilk dəqiqələrdən təşəbbüsə yiyələnib
9. Bonfimin təhlükəli zərbəsi sadəcə kornerlə nəticələnir
9. "Xəzər Lənkəran"ın kornerdən yararlanmaq istəyi baş tutmur
11. Pitin zərbəsi qapıdan yan keçir
18. Marçin Burhard uzaq məsafədən sol ayaqla qapıya möhtəşəm zərbə endirir və qapıçı bu zərbənin qarşısında aciz qalır - 0:1
19. XL daha bir korneri boşa verir
20. Lənkəranlılar təzyiqi artırsa da, hələlik rəqib müdafiəsini yarmaq onlara nəsib olmur
20. Skarlatake künc zərbəsi zamanı topu başla qapıya göndərmək istəsə də, dəqiq olmur
26. Cənubluların 6-cı korneri: müdafiəçilər topu uzaqlaşdırırlar
30. Oyuna nəzarət XL-da olsa da, bundan yararlana bilmir
35. Pitin zərbəsini qapıçı tutur
41. Todorovun zərbəsi təhlükəli alınsa da, qapının üstündən keçir
42. R.Ramaldanov sarı vərəqə ilə cəzalanır. Bununla o, oyunda vərəqə hesabını açmış olur
43. Cənubluların növbəti korneri uğur gətirrmir
44. Rahidin zərbəsi qapının üstündən keçir
45. XL ardıcıl iki korner zamanı yenə istəyinə çata bilmir
45+1. Polyakın zərbəsini Sadıqlı tutur
45+1. Zrnanoviç də sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. XL-da ilk dəyişiklik: Beto yerini Sialmasa buraxır
48. XL ikinci yarıya da hücumlarla başlayır
49. "Simurq" rəqibi əks-hücumda yaxalayır və ikinci qolu vurur: Polyak fərqlənir - 0:2
52. Subaşiç sarı vərəqə alır
54. İkinci qolun ötürməsini edən M.Səttarlı az qala özü də fərqlənəcəkdi: son anda top qapıdan azca yan keçir
56. Popoviçin fərqlənməsinə son anda qapıçı mane olur
57. Sialmas fərdi ustalığı sayəsində cərimə meydançasına daxil olub qapıya zərbə endirsə də, qapıçı qola imkan vermir
60. Bojiç və Bonfim mübahisə etdikləri üçün sarı vərəqə alırlar
61. R.Alviz yerini V.Skarduelli çıxır
62. XL daha bir kornerdən uğursuz yararlanır
63. "Simurq" əks-hücumda az qala daha bir qol vuracaqdı. Son anda Murad qapıya dəqiq zərbə endirə bilmir
70. Burhardın əvəzində meydana A.Mirili çıxır
71. Pit sarı vərəqə ilə cəzalanır
72. Tounkaranın zərbəsini qapıçı tutur
73. "Simurq"da digər qolun da müəllifi - Polyak yerini R.Poladova verir
74. Popoviçin daha bir cəhdinin qarşısını Sadıqlı alır
75. XL-da Toorovu E.Abdullayev əvəzləyir
75. M.Səttarlı isə N.Qurbanovla əvəzlənir
84. Rahid qapıya əla zərbə endirsə də, dəqiq alınmır
87. XL növbəti korneri boşa verir
88. "Simurq" da künc zərbəsindən istədiyi kimi yararlana bilmir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+5. E.Bonfim də sarı vərəqə alan futbolçuların sırasına qoşulur
Matç başa çatdı
 
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 15. Ruslan Abışov, 16. Adrian Pit, 7. Sadio Tounkara, 21. Radomir Todorov, 6. Robert Alviz, 27. Adrian Skarlatake, 14. Rahid Əmirquliyev (k), 99. Beto.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 42. Kamran Abdullazadə, 3. Vanderson Skarduelli, 11. Dimitrios Sialmas, 17. Kazım Kazımlı, 4. Akif Tağıyev, 10. Elnur Abdullayev.
SİMURQ: 22. David Petşkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 13. Aleksandr Şemonayev, 8. Qərib İbrahimov, 9. Marçin Burhard, 25. Mario Bojiç, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 10. Zdravko Popoviç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 17. Rüstəm Məmmədov, 7. Ruslan Poladov, 14. Asif Mirili, 20. Rəşad Eyubov, 19. Nicat Qurbanov, 79. Nenad Stoyanoviç.
 
1
5
3
2
0
8-1
11
 
2
4
3
1
0
13-5
10
 
3
5
2
2
1
10-8
8
 
4
5
2
2
1
5-4
8
 
5
5
2
1
2
6-6
7
 
6
3
2
0
1
5-2
6
 
7
4
1
3
0
5-3
6
 
8
5
1
2
2
6-5
5
 
9
5
1
1
3
5-13
4
 
10
5
1
1
3
5-9
4
 
11
5
1
0
4
3-11
3
 
12
5
0
3
2
3-7
3

 

 

 
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.