20 sentyabr 2012 13:25
Neftçi Partizanı səfərdə məğlub edəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Avroliqanın qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin Serbiya “Partizan”ı ilə səfər oyunu necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi məlumdu.
Beləliklə, sorğuya qatılanların fikrincə, bu oyunda “Neftçi” qələbə qazanacaq. Hər halda respondentlərin 60 faizi (482 səs) məhz bu varianta səs verib.
“Partizan”ın qalib gələcəyini proqnozlaşdıranlar 21 faiz (171 səs) təşkil edir. Yerdə qalan 19 faiz (160 səs) isə heç-heçə olacağı qənaətindədi.
