20 sentyabr 2012 13:45
Yunis Hüseynov: Hamımız bu gün Neftçiyə azarkeşlik edəcəyik
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Setbiya “Partizan”ı ilə baş tutacaq oyunundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandamıza uğurlar arzulayıram. Biz hamımız bu gün “Neftçi”yə azarkeşlik edəcəyik. Onlara “Partizan”a qarşı səfərdə mübarizə aparmaq çox çətin olacaq. Amma uğur qazanmaq üçün şans həmişə var. Bizimkilər sadəcə öz güclərinə inanmalıdılar. Həm də rəqibin necə oynamasından da çox şey asılıdı. “Neftçi”nin futbolçularını psixoloji cəhətdən dolu tribunalar qarşısında oynamağa hazırlamaq da lazımdı”.