20 sentyabr 2012 13:57
Neftçi Belqradda qara forma ilə oynayacaq
Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı geyəcəyi forma müəyyənləşib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” Belqraddakı oyuna qara forması ilə çıxacaq.
Çünki meydan sahibi olan “Partizan” ağ forma altında oynamağa qərar verib. Belədə, “Neftçi” ehtiyat formasından yararlanmaq məcburiyyətində qalıb.
