20 sentyabr 2012 02:03
Partizanın qapıçısı: Saşa Stamenkoviçə məsləhət verməyə hazırlaşmıram
Serbiyanın “Partizan” klubunun qapıçısı Vladimir Stoykoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayarkən Saşa Stamenkoviçdən də danışıb. Azerisport.az xəbər verir ki, o həmkarına heç bir məsləhət vermək istəmədiyini dilə gətirib:
“Azarkeşlərimizin rəqib futbolçuları necə qarşılayacağı məni o qədər də maraqlandırmır. Mən ancaq öz oyunumuzu düşünürəm. Stamenkoviçə də məsləhət verməyə hazırlaşmıram”.
Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
