20 sentyabr 2012 14:55
Julius Vobay: Partizana da qol vurmağa çalışacağam
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komanda artıq iki gündü Belqraddadı. Hazırlıqlar necə gedir?
- Bura tez gəlməklə yerli hava şəraitinə uyğunlaşmaq məqsədi güdürdük. Tam olaraq “Partizan”la oyuna köklənmişik.
- Bura tez gəlməklə yerli hava şəraitinə uyğunlaşmaq məqsədi güdürdük. Tam olaraq “Partizan”la oyuna köklənmişik.
- Rəqib haqda nə öyrənə bilmisiz?
- Bizə rəqibin bir oyununu göstərdilər. Ciddi rəqibdi. Pressinq etməyi bacarırlar. Amma bizə bu komandaya qarşı necə oynamaq lazım olduğunu deyəcəklər.
- Bizə rəqibin bir oyununu göstərdilər. Ciddi rəqibdi. Pressinq etməyi bacarırlar. Amma bizə bu komandaya qarşı necə oynamaq lazım olduğunu deyəcəklər.
- Sizcə, “Neftçi” bu görüşdə necə oynamalıdı?
- Necə oynayacağımız haqda danışmaq istəmirəm. Bir az dözün, özünüz hər şeyin şahidi olacaqsız. Biz peşəkarıq və bilirik ki, nə etmək lazımdı.
- Necə oynayacağımız haqda danışmaq istəmirəm. Bir az dözün, özünüz hər şeyin şahidi olacaqsız. Biz peşəkarıq və bilirik ki, nə etmək lazımdı.
- Bəs APOEL-lə “Partizan”ı müqayisə edə bilərsiz?
- Bunlar fərqli klublardı. Amma kimin daha güclü olduğunu demək çətindi.
- Bunlar fərqli klublardı. Amma kimin daha güclü olduğunu demək çətindi.
- Demək olar ki, bütün komanda yoldaşlarınız heç-heçənin normal nəticə olacağını qeyd edirlər...
- Düzdü, heç-heçə pis nəticə sayılmayacaq. Amma biz bu barədə düşünməməliyik. Bura qələbə dalınca gəlmişik.
- Yerli azarkeşlərin çılğınlığını nəzərə alsaq, Belqrad qrupdakı ən çətin səfəriniz sayıla bilər. Mümkün qələbə “Neftçi”ni qrupdan çıxmağa əsas namizədlərdən biri edə bilər?
- Şübhəsiz ki, bu, bizim şansımızı çox artıracaq. Belədə bizdə daha böyük əminlik olacaq. Ümid edirəm ki, belə də olacaq.
- Şübhəsiz ki, bu, bizim şansımızı çox artıracaq. Belədə bizdə daha böyük əminlik olacaq. Ümid edirəm ki, belə də olacaq.
- APOEL-lə oyunda kiprli azarkeşlər sizi irqçi təhqirlərə məruz qoydular və hətta sarı vərəqə də aldınız. Bəs bu dəfə də eyni hal təkrarlansa necə olacaq?
- Futbolda belə şeylər olur. Təmkinli olmalıyıq.
- Futbolda belə şeylər olur. Təmkinli olmalıyıq.
- Yenə hər futbolçunun qapını dəqiq nişan ala bilmədiyi nöqtələrdən zərbə vuracaqsız?
- (gülür) Hər oyunda qol vurmaq istəyirəm. Bu, meydandakı əsas hədəflərimizdən biridi. “Partizan”a da qol vurmağa çalışacağam. Bunun necə alınacağını isə oyun göstərəcək.
- (gülür) Hər oyunda qol vurmaq istəyirəm. Bu, meydandakı əsas hədəflərimizdən biridi. “Partizan”a da qol vurmağa çalışacağam. Bunun necə alınacağını isə oyun göstərəcək.
