20 sentyabr 2012 16:05
“Azərbaycan millisi ilə oyun bizim gələcək yolumuzu göstərəcək”
Futbol üzrə Kolumbiyanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Felipe Taborda komandasının Azərbaycanda keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Yenidən dünya çempionatının final mərhələsində oynamağımız çox xoşdu. İndi bizə Azərbaycana qarşı yaxşı oynamağımız lazımdı. Kolumbiya Cənubi Amerikada gücünə görə Braziliyadan sonra ikinci ən güclü komandadı. Bizim bu turnirdən böyük gözləntilərimiz var. Hədəfimiz qrup mərhələsini aşmaqdı. Dünya çempionatının unudulmaz komandalarından birinə çevrilmək istəyirik. Hər turnir üçün iki vacib məqam var: başlanğıc və son. Birinci oyunumuz Azərbaycanladı və bu görüş bizim qarşıdakı yolumuzu göstərəcək. Əgər ilk oyunda qələbə qazansaq, növbəti görüşlərdə də yaxşı futbola ümid edə bilərik”.

Qeyd edək ki, Kolumbiya Kanada və Nigeriya ilə birgə yığmamızla eyni qrupda yer alır. DÇ-2012-nin açılış matçı məhz Kolumbiya ilə Azərbaycan arasında sentyabrın 22-də Bakıda keçiriləcək.