20 sentyabr 2012 16:32
Serbiya yığmasının sabiq qapıçısı: Partizanın Neftçiyə qalib gələcəyinə inanıram
Futbol üzrə Serbiya yığmasının və “Partizan”ın sabiq qapıçısı İvitsa Kral keçmiş komandasının Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəyi oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mən “Partizan”ın bu oyunda qalib gələcəyinə inanıram. Düzdü, “Neftçi” çox səviyyəli komandadı. Amma azarkeşlərimizin dəstəyi sayəsində “Partizan” bu rəqibini məğlub edə bilər”.
“Mən “Partizan”ın bu oyunda qalib gələcəyinə inanıram. Düzdü, “Neftçi” çox səviyyəli komandadı. Amma azarkeşlərimizin dəstəyi sayəsində “Partizan” bu rəqibini məğlub edə bilər”.
