20 sentyabr 2012 19:02

DÇ ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

Bakıda 17 yaşa qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar paytaxtda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq küçə və prospektlərin siyahısı açıqlanıb. Azerisport.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov əhaliyə, avtomobil sahiblərinə və sürücülərə xəbərdarlıq edib ki, sentyabrın 22-dən oktyabrın 13-dək Bakı şəhərində 16 ölkənin komandalarının iştirakı ilə 17 yaşa qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatı keçiriləcək ki, bu zaman bütün iştirakçıların hərəkət təhlükəsizliyinin təmin edilməsi zərurəti yaranır.
 
Onun sözlərinə görə, bu məqsədlə gücləndirilmiş iş saatı ilə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın Nərimanov rayon ərazisindəki Tofiq Bəhramov adına, Nizami rayonu Şəfa və 8-ci kilometr, Səbail rayonu Bayıl, həmçinin Xəzər rayonunun Dalğa Arena stadionlarının yerləşdiyi ərazi və ona bitişik küçə və yollar istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlərin qoyularaq istiqamətin dəyişdirilməsi barədə xəbərdarlıq edir.
 
Əsədov bildirib ki, Paytaxtın "Four Seasons", "Kempinski Hotel- Badamdar", "Hilton Baku", "JW Marriott Absheron", "Sheraton", "Park Hyatt" hotellərindən qeyd olunan stadionlar istiqamətinə gedən yollar üzrə çempionat başa çatana qədər "dayanmanı, durmanı, parklanmanı" qadağan edən yol nişanlarının təsir zonalarındakı avtomobil sürücülərinə qarşı ciddi tədbir görüləcək, hətta evakuasiya imkanlarından istifadə ediləcək, eləcə də avtomobil tıxaclarının yaranmaması üçün fərdi avtomobillərin yol kənarında durmasının qarşısı alınacaq.
 
Həmçinin, Bakı şəhər Dövlət Yol Polis İdarəsi bölgələrdən paytaxta gələn əhaliyə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulmasını nəzərə alaraq, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsini, şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir.
 
Çempionatın keçirilməsi Azərbaycan idman həyatında mühüm əhəmiyyət kəsb etdiyindən, komandaların, hakimlərin, VİP qonaqların, xarici jurnalistlərin və çoxsaylı azarkeşlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dövlət idarələrinin, müəssisə, firma və təşkilat rəhbərlərinin nəzərinə iri yük avtomobillərinin bütün istiqamətlərdən şəhərə daxil olmasına müvəqqəti məhdudiyyət qoyulmasını çatdıraraq, onlardan tabeliklərində olan işçilərə məxsus avtomobillərin iş yerləri ətrafında parklandırılmaması barədə xəbərdarlıq etmələrini xahiş edir.
 
Çempionata tamaşa etmək istəyən azarkeşlərin şəxsi avtomobillərdən istifadə etməsinin mümkünsüzlüyünü nəzərə alan İdarə bildirilir ki, Salyan şosesi, 20-ci sahə, Azneft meydanı, Neftçilər prospekti, Yusif Səfərov küçəsi, 10-cu zavod dairəsi, Heydər Əliyev prospekti, Hava Limanı şosesi, Buzovna şosesi və həmin marşrutla geriyə Koroğlu körpüsü ilə Qara Qarayev prospekti, Naxçıvanski küçəsi, həmçinin Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza, İstiqlaliyyat, 10-cu park, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn, Mikayıl Müşviq küçələri, Qurd Qapısına və İnşaatçılar, Hüseyn Cavid və N.Nərimanov prospektləri, Bakıxanov, C.Hacıbəyli, Vaqif, Həsənoğlu, Ağaoğlu, F.Xoyski, K.Rəhimov, Qədirbəyov, Dəmirçizadə küçələri, Qələbə meydanı və Xətai prospekti istiqamətlərinə şəxsi avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
 
Bakı şəhər BPİ DYPİ bir daha ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini xahiş edir. (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.