20 sentyabr 2012 19:44
Georgi Çixradze: XL-la oyuna yaxşı hazırlaşmışdıq
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 4-cü turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Oyunun gərgin keçəcəyini bilrdik. Buna görə də yaxşı hazırlaşmışdıq. "Xəzər Lənkəran" hücum futbolunu göstərdi. Biz də əks hücumlarda iki qol vuraraq qalib gəldik. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram".
