20 sentyabr 2012 20:19

Simurqun prezidenti: Biz hələ öz kartlarımızı açmamışıq

“Simurq”un prezidenti Anar Bəkirov Topaz Premyer Liqasının 4-cü turundan təxirə salınan “Xəzər Lənkəran”la oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Layiqli qələbə qazandıq. Bu qələbə bizim əhval-ruhiyyəmizi bir qədər də yaxşılaşdırdı. Bu gün “Xəzər Lənkəran” yaxşı oyun göstərdi, hücumlar etdi, ərazi üstünlüyünə malik idi. Amma biz əks-hücumlara üstünlük verib iki qol vurduq, istəyimizə nail olduq. Yenə də fərqlənmək imkanlarımız oldu. Bu oyun da göstərdi ki, bizim çox yaxşı komandamız var. Birinci pilləyə qalxmaq çox xoşdu. Lakin biz hələ öz kartlarımızı açmaq istəmirik. Bunu ilk altılığa düşəndən sonra həyata keçirəcəyik. İndi isə bütün fikirlərimiz qarşıdakı “Kəpəz”lə oyuna yönəlib”.
 
Bəkirov rəqib komandanın baş məşqçisi Yunis Hüseynovun istefa vermək istəyinə də toxunub: “Mən də bu barədə eşitdim. Amma məncə rəhbərlik bu istefanı qəbul etməyib. Ona qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.